Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İtaliyaya səfər edəcək

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İtaliyaya səfər edəcək
# 09 iyun 2012 11:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın Kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Şurasının (FAO) 144-cü sessiyasında iştirak etmək üçün İtaliyaya səfər edəcək. Bunu «APA-Economics»ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Məcidov bildirib.

Onun sözlərinə görə, iyun ayının 11-dən 15-dək keçiriləcək sessiyada FAO-nun regional konfransları, o cümlədən bu ilin aprel ayında Bakıda keçirilmiş FAO-nun Avropa üzrə 28-ci regional konfransın hesabatı müzakirə və qəbul edilməsi məsələləri müzakirə ediləcək.
İclasda, həmçinin FAO-nun ölkə nümayəndəliklərinin açılması məsələsi də diqqət mərkəzində olacaq.

Qeyd edək ki, FAO-nun Avropa üzrə 28-ci regional konfransı Bakıda keçirildiyi üçün hesabatı İ. Abasov təqdim edəcək.

Xatırladaq ki, FAO-nun Avropa regional konfransına sədrliyi İ.Abasov (iki illik) edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR