Bakıda İnternetin inkişafı üzrə Koordinasiya Şurasının iclası keçirilib

Bakıda İnternetin inkişafı üzrə Koordinasiya Şurasının iclası keçirilib
# 16 aprel 2012 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternetin inkişafı üzrə Koordinasiya Şurasının ölkədə fəaliyyət göstərən bir sıra provayder şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə aparılan iclasda mayda Bakıda baş tutacaq «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsi müddətində və ümumilikdə internet xidmətlərinin təşkil olunması və keyfiyyəti, İnternet şəbəkəsində Adların və Nömrələrin Bölüşdürülməsi üzrə Korporasiyanın (ICANN) son toplantısında qəbul olunmuş qərarlar, noyabrda Azərbaycanda keçirilməsi planlaşdırılan İnternet İdarəçilik Forumu (İGF) haqqında müzakirələr aparılıb.

Həmçinin toplantı iştirakçıları Şura tərəfindən hazırlanmış «Azərbaycanda ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları»nın layihəsi barədə fikir mübadiləsi aparıblar.

İclasın yekunlarına dair müvafiq qərarlar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR