Fransada 330 min avroya kənd satılır

Fransada 330 min avroya kənd satılır
# 21 may 2012 13:17 (UTC +04:00)
Bakı - APA-Economics. Fransanın cənub-qərbində heç kimin yaşamadığı Kurbefi kəndi ilkin qiyməti 330 min avro olmaqla satışa çıxarılıb.

APA-Economics”in “The Local” qəzetinə istinadən xəbərinə görə, ölkənin ekoloji təmiz Limuzen bölgəsində yerləşən kənddə 19 ev, hovuz, tennis kortu və bir neçə tövlə var. Bölgənin inzibati mərkəzi olan Limoj şəhəri (Parislə dəmiryolu əlaqəsinə malikdir) ilə kənd arasındakı məsafə 50 km-dir.

Hərracın təşkilatçısı olan Evelin Gilem kəndin artıq 150 potensial alıcısının ortaya çıxdığını bildirib: “Onların əksəriyyəti orada istirahət evi, ahıllar üçün reabilitasiya mərkəzi və vertolyot meydançası inşa etmək istəyir. Ümid edirik ki, kəndi alacaq şəxs onu normal həyata qaytaracaq və yeni iş yerləri açacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR