Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 6% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 6% artıb
# 22 may 2012 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 5,8% artaraq 4,3 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 63,4%-ni neft yükləri, 36,6%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib: «Hesabat dövründə dəniz limanlarında 4,2 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 2,4% artım olub. İşlənmiş yüklərin 87,9%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 6,4% artıb».

Eyni zamanda, 2012-ci il mayın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 35,6 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50,2% çox idxal yükləri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR