Türkiyənin baş naziri güc strukturlarının rəhbərləri ilə qapalı toplantı keçirib

Türkiyənin baş naziri güc strukturlarının rəhbərləri ilə qapalı toplantı keçirib
# 25 iyul 2012 16:57 (UTC +04:00)
Bakı – APA. Ankarada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə güc strukturları rəhbərlərinin iştirak etdiyi və təhlükəsizlik məsələlərinə həsr olunmuş qapalı toplantı keçirilib. APA-nın xəbərinə görə, toplantıya daxili işlər naziri İdris Naim Şahin, müdafiə naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Necdət Özəl, ölkənin baş kəşfiyyat orqanı – Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, eləcə də baş nazirin müavini Bəşir Atalay və xarici işlər naziri Əhməd Davudoğlu qatılıb.

Yığıncaq 2 saat 15 dəqiqə davam edib. Baş nazir aparatından verilən qısa açıqlamada bildirilib ki, iclasda ölkədəki və regiondakı proseslər, ölkənin milli təhlükəsizliyi ilə bağlı görüləcək tədbirlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR