Bakıda 27 yaşlı oğlan özünü bıçaqla vuraraq öldürüb

Bakıda 27 yaşlı oğlan özünü bıçaqla vuraraq öldürüb
# 18 aprel 2012 07:07 (UTC +04:00)
Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə 7-ci mikrorayon ərazisində, metronun “Dərnəgül” stansiyasının yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emin Azad oğlu Qurbanov bıçaqla özünə xəsarət yetirib. Nəticədə xəstəxanaya aparılan E. Qurbanov aldığı xəsarətdən orada dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR