Şamaxıda baş verən avtomobil qəzasında 4 nəfər ağır yaralanıb

Şamaxıda baş verən avtomobil qəzasında 4 nəfər ağır yaralanıb
# 25 iyun 2012 09:06 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı rayonunda 4 nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 114.3-cü kilometrliyində Şamaxı rayonu ərazisində qeydə alınıb. Rayonun Göylər kənd sakini, 1963-cü il təvəllüdlü Mikayılov Eynulla İbrahim oğlunun idarə etdiyi 90-HR-659 dövlət nömrə nişanlı “VAZ 21117” markalı minik maşını qarşı tərəfdən gələn Pirqulu kənd sakini, 1979-cu il təvəllüdlü Mütəllimov Nemət Mütəllim oğluna məxsus 10-KT-515 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər - Göylər kənd sakinləri - 1982-ci il təvəllüdlü Ağakişiyeva Emilya Sahibcan qızı və 1948-ci il təvəllüdlü Ağakişiyeva Ulduz Babaşirin qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR