Azərbaycan prezidenti Tovuzda yol tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Tovuzda yol tikintisinə 3 milyon manat ayırıb
# 01 may 2012 15:28 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “APA-Economics-in məlumatına görə, 40 min nəfər əhalinin yaşadığı 35 yaşayış məntəqəsini birləşdirən Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR