Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,7% enib
# 01 oktyabr 2012 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 13 437 bəndədək, S&P 500 0,5% - 1 441 bəndədək, Nasdaq 0,7% - 3 116 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi makroiqtisadi göstəricilərin təsiri altında baş verib. İlk növbədə bazara mənfi təsir edən amillər sırasında avqustda əhalinin gəlirlərinin aylıq müqayisədə 0,1%, xərclərin isə 0,5% artmasını qeyd etmək olar.

Avropa fond bazarlarında sentyabrın 28-də FTSE 100 indeksi 0,7% - 5 742 bəndədək, Almaniya DAX-ı 1,0% - 7 216 bəndədək, Fransa CAC-40-ı 2,5% - 3 355 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 768,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2821 (-0,9%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR