TQDK məktəblərdə attestasiya imtahanlarının keçirilməsinin müvəqqəti qaydalarını yaxın günlərdə dərc edəcək

TQDK məktəblərdə attestasiya imtahanlarının keçirilməsinin müvəqqəti qaydalarını yaxın günlərdə dərc edəcək
# 10 may 2012 10:57 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, qaydalar yaxın günlərdə hazır olacaq və rəsmi şəkildə təsdiq ediləcək.

Qeyd edək ki, ölkə prezidenti təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, TQDK Nazirlər Kabineti iki ay müddətində “Təhsil haqqında” qanununun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin fərmanında nəzərdə tutulmuş, təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR