“SOCAR-Georgia” Tiflisdə tarixi binanın bərpası üçün unikal layihə reallaşdıracaq

“SOCAR-Georgia” Tiflisdə tarixi binanın bərpası üçün unikal layihə reallaşdıracaq
# 30 noyabr 2015 16:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. SOCAR-ın Gürcüstandakı nümayəndəliyi Tiflisdəki ərazisində olan tarixi binanın bərpasına qərar verib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, 1900-1905-ci illərdə memar Aleksandr Şimkeviç tərəfindən ucaldılmış bina əvvəlcə yerləşdiyi küçənin səviyyəsinə qaldırılacaq, sonra isə rekonstruksiya ediləcək.

Binanın qaldırılması işi iki il əvvəl Bakıda tarixi binanın yerinin dəyişdirilməsi kimi unikal layihəni həyata keçirmiş Hollandiyanın “Bresser” şirkətinə həvalə olunub. Tiflisdə tarixi binanın qaldırılması texniki nöqteyi-nəzərdən Cənubi Qafqazda və qonşu regionlarda ilk belə unikal layihə olacaq. Bina 3,4 metr hündürlüyə qaldırılacaq, bünövrəsi möhkəmləndirildikdən sonra bərpa edilərək “SOCAR-Georgia”nın qonaq evi kimi istifadə olunacaq.

Bu layihə Tiflis meriyası, Gürcüstanın Mədəniyyət Nazirliyi, Mədəni İrsin qorunması üzrə Milli Agentlik tərəfindən dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR