Azərbaycanda xüsusi təyinatlı kommunal maşınların istehsalı artıb

Azərbaycanda xüsusi təyinatlı kommunal maşınların istehsalı artıb
# 16 iyun 2016 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 90,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 29,3%, sair nəqliyyat vasitələrinin istehsalı 6,2% azalıb, avtomobil və qoşquların istehsalı isə 41,5% artıb.

Belə ki, bu ilin iyun ayının 1-nə 110 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin beş ayı ərzində ölkədə 106 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin 5 ayı ilə müqayisədə 18,5% azdır.

Bundan başqa, bu ilin beş ayı ərzində 292 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 5 ayı ilə müqayisədə 12,3% artıb. Nəticədə bu ilin iyunun 1-nə 209 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-may ayları ərzində 253 ədəd traktor istehsal edilib ki, bu da 2015-ci ilin 5 ayı ilə müqayisədə 43,9% azdır. Nəticədə bu ilin iyunun 1-nə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR