Xəzərdə neftçiləri daşıyan qayıq aşıb, 1 nəfər boğulub

Xəzərdə neftçiləri daşıyan qayıq aşıb, 1 nəfər boğulub
# 10 sentyabr 2016 12:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xəzər dənizində bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir. Hazırda onun axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR