Azərbaycanda avtomobillərdə pərdə və plyonkadan istifadənin müddəti başa çatır - VİDEO

Azərbaycanda avtomobillərdə pərdə və plyonkadan istifadənin müddəti başa çatır - <span style="color: red;">VİDEO
# 11 noyabr 2015 08:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Noyabrın 15-də sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR