İran gündəlik 2 mln. barrel neft ixrac etməyi planlaşdırır

İran gündəlik 2 mln. barrel neft ixrac etməyi planlaşdırır
# 07 mart 2016 09:27 (UTC +04:00)

Bakı - APA-Economics. İran yaxın perspektivdə gündə 2 mln. barrel neft ixrac etməyi planlaşdırır. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın iqtisadiyyat naziri Əli Tayebniyyə deyib.

"İran üzərindən sanksiyaların aradan qaldırılmasından sonra biz neft bazarına çıxış imkanı əldə etdik. Düşünürəm ki, yaxın zamanlarda biz gündəlik 2 mln. barrel neft ixrac edə biləcəyik", - deyə nazir açıqlayıb.

"Bloomberg" agentliyi yazır ki, 2011-ci ildə İran gündəlik 3,6 mln. barrel neft hasil edirdi. 2012-ci ildə İran neftinin ixracına qarşı embarqo tətbiq olunandan sonra ölkədə neft hasilatı 25 illik minimum səviyyəsinə, yəni gündəlik 2,7 mln. barrel səviyyəsinə endi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR