Ermənistan Malayziya və Avropaya narkotik qaçaqmalçılığında tranzit ölkə kimi istifadə olunur

Ermənistan Malayziya və Avropaya narkotik qaçaqmalçılığında tranzit ölkə kimi istifadə olunur
# 09 yanvar 2016 08:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı layihəsi Ermənistanın narkotik qaçaqmalçılığında tranzit ölkə olması barədə hesabat hazırlayıb. APA-nın təşkilatın saytına istinadən verdiyi məlumata görə, yazıda rəsmi olaraq 2015-ci ildə Ermənistanın 5 nəfər beynəlxalq narkotik qaçaqmalçısının İrəvana girməsinin qarşısını aldığı açıqlanır. Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin 2 istiqamət üzrə narkotik qaçaqmalçılığında tranzit ölkə kimi istifadə olunduğunu bildirib. Məlumata əsasən narkotik vasitələr Ermənistandan keçməklə Latın Amerikasından Türkiyəyə oradan da Avropaya və Ermənistandan keçməklə İrandan Birləşmiş Ərəb Əmirliklərinə oradan da Malayziyaya daşınır: “2015-ci ilin yanvarında Ermənistan Milli Təhlükəsizlik Xidməti Aleksandr Kordova və Mariya Alvarado adlı 2 nəfəri 2,7 kq kokaini Ermənistana keçirmək istəyərkən saxlayıb. Onlar Lima-San-Paulo-Əbu Dabi-İrəvan hava yolu ilə Ermənistana gəliblər. Ötən ilin noyabrında Zvartnots aeroportunda saxlanılan Polşa vətəndaşı Rafal Zelbert və ukraynalı İrina Şelever ümumi dəyəri 4 milyon olan 13 kq kokaini İrəvana keçirmək istəyiblər. Onlar isə Ermənistana San-Paulo-Dubay-İrəvan hava yolu ilə gəlib. 2015-ci ildə daha sonra 2,6 kq kokaini keçirmək istəyən Alexandro Jol Torres də tutulub. Digər istiqamət üzrə isə bu il ərzində Malek Abas Garib və Al-Şaer Hasan Abdo adlı Bolqarıstan vətəndaşı olan 2 ərəb 4,8 kq kokain keçirmək istəyərkən Zvartnos hava limanında saxlanılıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR