Rio-2016:Azərbaycanın güləş üzrə yığmasının iki üzvünün rəqibi bəlli olub

<span style="color: red;">Rio-2016: Azərbaycanın güləş üzrə yığmasının iki üzvünün rəqibi bəlli olub
# 13 avqust 2016 21:03 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilir. Apasport.az saytının məlumatına görə, sabah artıq Yunan-Roma güləşi üzrə görüşlər başlayacaq.

Azərbaycan yığmasının iki üzvü də döşək üzərinə çıxacaq. Artıq pəhləvanlarımızın rəqibləri də bəllidir.

Belə ki, 59 kq çəki dərəcəsində çıxış edən Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq. Rövşən bu rəqibini keçsə, 1/4 finalda Mahadi El Messaudi (Mərakeş)/Xese David Tielke (ABŞ) cütünün qalibi ilə qarşılaşacaq. Həmyerlimizin ilk mübarizəsi saat 17:15-də başlayacaq.

75 kq çəkidə yarışan Elvin Mürsəliyev isə lap əvvəldən, 1/16 finaldan etibarən mübarizə aparacaq. Onun rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olacaq. Elvin qələbə qazanacağı halda Zurabi Datunaşvili (Gürcüstan)/Dosjan Kartikov (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Güləşçimizin ilk görüşü saat 17:05-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR