Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən məlumat verilib.
Qeyd edək ki, təmir işlərinə 9 dekabrdan başlanılacaq.