Ağdamda 85 yaşlı məcburi köçkünün evi yanıb

Ağdamda 85 yaşlı məcburi köçkünün evi yanıb
# 30 oktyabr 2015 06:56 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Ağdamda ev yanıb.

Hadisə məcburi köçkünlər üçün salınmış “Təzəkənd” qəsəbəsində 360 nömrəli evdə qeydə alınıb.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, 85 yaşlı Mustafayev Sovet İsmayıl oğluna məxsus üçotaqlı evdə çıxan yanğını, Fövqəladə Hallar Nazirliyinin, Qarabağ Regional idarəsinin yanğın söndürən birqadası söndürüb.

Ümumi sahəsi 77 km, olan evin yarısı əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR