Gənclər və İdman Nazirliyi: "Baku Crystal Hall”da uçqun olması barədə yayılan məlumatlar tamamilə yanlışdır”.

Gənclər və İdman Nazirliyi: "Baku Crystal Hall”da uçqun olması barədə yayılan məlumatlar tamamilə yanlışdır”.
# 20 aprel 2016 15:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Baku Crystal Hall”da uçqun olması barədə mediada yayılan məlumatlar tamamilə yanlışdır”.

Bunu APA-ya açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda “Baku Crystal Hall”da narahatlığa səbəb olan heç bir vəziyyət mövcud deyil: “Dayanacaqda yük maşınından yük boşaldılan zaman fəhlələrdən birinin ayağı zədələnib. O, dərhal həkim müayinəsinə götürülüb, hazırda narahatlıq yaradan heç bir səbəb yoxdur. Uçqunun, fövqəladə hadisənin olması ilə bağlı yayılan xəbərlər tamamilə yanlışdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR