Ağdamda çayxanada yanğın olub

Ağdamda çayxanada yanğın olub
# 08 oktyabr 2016 04:42 (UTC +04:00)

Bakı-APA. Ağdamda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonu, Dördyol qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan çayxananın lambirdən ibarət tavanı və mətbəxində 1 ədəd masa yanıb.

Çayxananın qalan hissəsi, içərisindəki əşyalar və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR