Rusiya MDB Humanitar Əməkdaşlıq Fonduna 322 milyon rubl vəsait ayırıb

Rusiya MDB Humanitar Əməkdaşlıq Fonduna 322 milyon rubl vəsait ayırıb
# 15 fevral 2016 11:50 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya 2016-cı ildə MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna 322 milyon rubl vəsait ayırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedev müvafiq əmr imzalayıb.

Rusiya Xarici İşlər Nazirliyinə fond rəhbərliyini müvafiq əmrlə bağlı məlumatlandırmaq tapşırılıb.


Qeyd edək ki, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR