Lənkəranda oğurluqda şübhəli bilinən 5 yeniyetmə tutulub

Lənkəranda oğurluqda şübhəli bilinən 5 yeniyetmə tutulub
# 05 yanvar 2016 09:26 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən 5 yeniyetməni saxlayıblar.

APA-nın cənub bürosunun xəbərinə görə, saxlanılan şəxslər Lənkəran sakinləri - 1999-cu il təvəllüdlü Taleh Heydərov, onun həmyaşıdı Vüsal Quluzadə, 1998-ci il Famil Rzazadə, Bakı sakinləri - 1998-ci il təvəllüdlü Nihad Məmmədov, 1999-cu il təvəllüdlü Ağa Rzayevdir.

Araşdırmalar zamanı məlum olub ki, onlar ayrı-ayrı zamanlarda Lənkəran şəhərində və rayonun Liman şəhərində gecə saatlarında mağazaların qapı və pəncərələrini qıraraq silah, gümüş əşyalar, nağd pul və Sim kartlar oğurlayıblar.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR