Səbail rayonunda yanğın olub

Səbail rayonunda yanğın olub
# 15 iyun 2016 15:17 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 14 kvadratmetr olan yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış istifadəsiz ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR