Çexiya prezidenti ölkə parlamentini qondarma “erməni soyqırımı”nı tanımağa çağırmaq niyyətindədir

Çexiya prezidenti ölkə parlamentini qondarma “erməni soyqırımı”nı tanımağa çağırmaq niyyətindədir
# 08 iyun 2016 15:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Çexiya prezidenti Miloş Zeman ölkə parlamentini qondarma “erməni soyqırımı”nı tanımağa çağırmaq niyyətindədir.

APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə o, Ermənistana səfəri çərçivəsində ermənistanlı həmkarı Serj Sarkisyanla görüşündən sonra birgə mətbuat konfransında deyib.

Xatırladaq ki, iyunun 2-də Almaniya Bundestaqı da qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR