Bakıda sərxoş sürücü yol polisi avtomobilini vurub, 1 polis xəsarət alıb

Bakıda sərxoş sürücü yol polisi avtomobilini vurub, 1 polis xəsarət alıb
# 08 aprel 2016 04:55 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Paytaxtın Nərimanov rayonunda sərxoş sürücü yol polisi avtomobilini vuraraq qəza törədib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Mahmud Mahmudov "BMW" markalı avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən yol kənarında dayana yol patrul xidmətinin avtomobilinə çırpılıb. Qəza nəticəsində yol polisi əməkdaşı Bədir Bədirli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər sınıq xəsarətləri alan yol polis əməkdaşının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Qəza törədən sürücü Mahmud Mahmudovun sərxoş olması müəyyən edilib. Söhbət zamanı Mahmud Mahmudov baş verən hadisədən xəbərsiz olduğunu bildirib.

Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR