Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, ölən var
# 13 iyul 2016 09:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin satına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 54–cü kilometrliyində “QAZ” markalı minik avtomobilinin "KamAZ" markalı yük avtomobili ilə toqquşması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü Həbibov İlham Həbib oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR