SOCAR Novorossiysk limanından xam neft ixracını kəskin azaldıb

SOCAR Novorossiysk limanından xam neft ixracını kəskin azaldıb
# 01 iyul 2016 15:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında SOCAR Novorossiysk limanından 159 574 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin iyun ayı ərzində Novorossiysk limanı ilə neft nəqli həyata keçirilməyib.

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Novorossiysk limanından 479 073 ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin 5 ayı ilə müqayisədə 29,34% azalıb.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR