Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb
# 02 noyabr 2015 11:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabr ayının 31-də Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Veyis Orucov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Əzalət Daşdəmirovu vurub.

Xəstəxanaya yerləşdirilmiş Ə.Daşdəmirov noyabrın 1-də orada ölüb.

Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR