Gəncə sakini evində bıçaqlanıb

Gəncə sakini evində bıçaqlanıb
# 25 sentyabr 2016 23:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini evinə daxil olan oğru tərəfindən bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1961-ci il təvəllüdlü Şamil Məmədov sol bud nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Ş. Məmmədov tək yaşadığını və evə daxil olan oğrunu tutmağa çalışan zaman bıçaqlandığını deyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR