Rövnəq Abdullayev: "Maliyyə mənbəyi olan layihələr dayanmayıb"

Rövnəq Abdullayev: "Maliyyə mənbəyi olan layihələr dayanmayıb"
# 02 aprel 2016 09:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. SOCAR-ın həyata keçirdiyi layihələrin maliyyələşdirilməsi ilə bağlı məsələlələr həll olunur.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

"Neft qiymətinin aşağı düşməsi investisiyaların minimallaşmasına səbəb olub. Həyata keçirdiyimiz heç bir layihə dayanmayıb. Söhbət həm daxili, həm xarici layihələrdən gedir. Başqa sözlə, maliyyə mənbəyi olan layihələrin dayanmasından söhbət gedə bilməz. Lakin yeni layihələrin icrasını biz saxlamışıq. Neftin hazırkı qiymətləri buna imkan vermir", - deyə SOCAR prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR