Novruz Məmmədov: “Dövlətlərarası münasibətlərdə ölkələrə sanksiyaların tətbiq edilməsini uğurlu və ədalətli addım saymırıq"

Novruz Məmmədov: “Dövlətlərarası münasibətlərdə ölkələrə sanksiyaların tətbiq edilməsini uğurlu və ədalətli addım saymırıq"
# 18 yanvar 2016 09:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan uzun müddət aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaya əsasən Qərbin İran İslam Respublikası üzərindən bir sıra sanksiyaları götürməsini alqışlayır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini Novruz Məmmədov deyib.

"Biz, ümumiyyətlə, dövlətlərarası münasibətlərdə müxtəlif səbəblərlə ölkələrə qarşı sanksiyaların tətbiq edilməsinin uğurlu və ədalətli addım olmadığını düşünürük. Sanksiyanın nəticələri bütün hallarda onun tətbiq olunduğu ölkənin əhalisinin yükünə çevrilir. Bu, eyni zamanda, müasir beynəlxalq aləmdə dövlətlərarası, sivilizasiyalararası anlaşmaya, dialoqa və əməkdaşlığa mane olur, istər-istəməz müəyyən gərginlik yaradır.

İran İslam Respublikası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev hələ 2006-cı ilin aprelində Vaşinqtona ilk rəsmi səfəri zamanı Ağ Evin qarşısında jurnalistlərlə brifinqdə sanksiyaların tətbiqinə etiraz edərək bəyanat vermişdi”, - deyə N. Məmmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR