Bakı-Quba yolunda iki maşın toqquşub, ana və qızı xəsarət alıb

Bakı-Quba yolunda iki maşın toqquşub, ana və qızı xəsarət alıb
# 03 iyul 2016 18:28 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 62-ci km-də qeydə alınıb. “Hyundai” markalı nəqliyyat vasitəsi ilə “VAZ 2106” markalı avtomobil toqquşub.


Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz rayonu, Sabiroba kənd sakinləri 1988-ci il təvəllüdlü Rzayeva Esmira Əhməd qızı və onun 4 yaşlı qızı Aysudur. Onlar Siyəzən Regional Diaqnostika mərkəzinə yerləşdirilib.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR