Tovuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Tovuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
# 21 yanvar 2018 21:03 (UTC +04:00)

Tovuzda yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, 1993-cü il təvəllüdlü Ibrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR