Pakistanda körpü uçub, 5 nəfər ölüb

Pakistanda körpü uçub, 5 nəfər ölüb
# 13 may 2018 13:11 (UTC +04:00)

Bu gün Pakistanın cənubundakı Azad Kəşmir vilayətində Nilum çayı üzərindəki körpü uçub.

APA-nın məlumatına görə, bu barədə "Pakistan Today" qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Körpünün uçmasına səbəb suyun güclü axını olub. Körpünün üzərində olan 25 nəfərdən 20-i çaya düşüb. Suya düşən 20 nəfərdən 5 nəfəri ölüb, 6 nəfər xilas edilib. Xilasetmə əməliyyatı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR