Bakıda hoteldə yanğın olub

Bakıda hoteldə yanğın olub
# 31 avqust 2015 18:49 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda 7 mərtəbəli hotelin 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan mətbəxin lambirdən ibarət tavanı 20 kv.m sahədə yanıb. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR