“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik qüvvəyə minib

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik qüvvəyə minib
# 25 yanvar 2017 15:42 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

APA-nın məlumatına görə, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanunun 2-ci maddəsində “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara” sözləri “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR