Şəmkirdə 34 yaşlı kişi quyuya düşərək ölüb

Şəmkirdə 34 yaşlı kişi quyuya düşərək ölüb
# 15 sentyabr 2017 23:14 (UTC +04:00)

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:13-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR