Göygöldə qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-1

Göygöldə qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB-1
# 24 iyun 2018 23:35 (UTC +04:00)

Göygöldə baş verən zəncirvari qəzada xəsarət alanlardan daha 5 nəfərin kimliyi məlum olub.

APA-nın məlumatına görə, bunlar Ağstafa rayon sakinləri, 1976-cı il təvəllüdlü, Namazov Rüfət Arif, 1978-ci il təvəllüdlü Həsənov Zaur ələmdar oğlu, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Əliyeva Zahidə Qələndər qızı və onun iki azyaşlı övladıdır.

Uşaqlar Gəncə səhər 2 saylı birləşmiş uşaq xəstəxanasına yerləşdiriliblər

Faktla bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

***

22:52

Göygöldə baş verən zəncirvari qəzada xəsarət alanlardan 3 nəfərin kimliyi məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, bunlar Ağstafa rayon sakinləri 1950-ci il təvəllüdlü Xəlilova Mahirə Əbdülrəhman qızı, 1986-cı il təvəllüdlü Xəlilova Günay Əbülfəz qızı və Şəmkir rayon sakini 1960-cı il təvəllüdlü İbrahimov Kərim İbrahim oğludur.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

***

22:22

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes", "VAZ 2104" minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR