Nursultan Nazarbayev türkdilli ölkələri Qazaxıstanda keçiriləcək “EXPO-2017” sərgisində iştiraka dəvət edib

Nursultan Nazarbayev türkdilli ölkələri Qazaxıstanda keçiriləcək “EXPO-2017” sərgisində iştiraka dəvət edib
# 11 sentyabr 2015 13:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Nursultan Nazarbayev bütün türkdilli dövlətlərin Qazaxıstanda keçiriləcək “EXPO-2017” sərgisində fəal iştirak edəcəyinə ümid bəslədiyini söyləyib.


APA-nın “bnews.kz” saytına istinadən verdiyi xəbərə görə, Qazaxıstan prezidenti bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammitinin gedişində bildirib. “Bilirsiniz ki, bu yaxınlarda istifadəyə veriləcək “Qərbi Avropa - Qərbi Çin” avtomagistralı bizim regionumuz üçün çox mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, Qazaxıstanda bu işi yekunlaşdıracağıq və bu, bizim “Nurlu yol” proqramımızın əsas istiqamətlərindəndir. Nəqliyyat infrastrukturunun inkişafı çox vacibdir”, - deyə o, qeyd edib.

Bu il Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına üzv olduğuna diqqət çəkən N. Nazarbayev ölkəsinin bundan sonra beynəlxalq standartlar çərçivəsində müxtəlif rejim qaydalarından istifadə edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR