Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib

Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib
# 29 dekabr 2019 13:06 (UTC +04:00)

Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən cari ildə 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.

APA-nın xəbərinə görə, bu, Təhsil Nazirliyinin illik hesabatında əksini tapıb.

Bildirilib ki, bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

Hesabatda qeyd olunub ki, cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb: “Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur".

“2019-2020-ci tədris ili üzrə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 2019-2020-ci tədris ilində birinci siniflərə 165 minədək uşaq qəbul edilib”, - deyə hesabatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR