Prokuror iş adamına qarşı 4 milyon manatlıq dələduzluq edən ana və oğluna cəza istəyib

Prokuror iş adamına qarşı 4 milyon manatlıq dələduzluq edən ana və oğluna cəza istəyib
# 11 iyul 2017 15:23 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim Marketlər" şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaq zamanı da sübuta yetirildiyini deyib.

Prokuror S. Quliyevə 11 il 6 ay, H. Quliyevaya isə 11 illik həbs cəzası istəyib.

Proses iyulun 20-də davam etdiriləcək.


Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində marketlər şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabrında Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, S.Quliyev və H. Quliyeva onun 4 milyon 116 min 300 manatını dələduzluq yolu ilə ələ keçirib. S.Quliyev və H. Quliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. H. Quliyeva zərərçəkmiş R. Salmanovun baldızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR