Masallıda təndirxana yanıb

Masallıda təndirxana yanıb
# 07 iyul 2017 23:32 (UTC +04:00)

Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Seybətin kəndində yol kənarında vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları 7 m2 sahədə və içərisinə yığılmış 3 m2 sahədə taxta qırıntıları yanıb.

Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın s yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR