Rusiya Şimal qütbündə hərbi bazanın inşasına başlayıb

Rusiya Şimal qütbündə hərbi bazanın inşasına başlayıb
# 09 sentyabr 2014 12:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Şimal qütbündə hərbi bazanın inşasına başlayıb.

APA - nın Rusiya bürosunun məlumatına görə, Şərqi Hərbi Dairəsi Komandanlığının mətbuat katibi Aleksandr Qordeyev hərbi bazanın inşasında lazım olacaq tikinti materiallarının artıq Şimal qütbünə çatdırıldığını bildirib.

Şimal qütbundə -50 dərəcə temperaturda fəaliyyət göstərəcək hərbi kompleksdə idman salonu, sauna və psixoloji müalicə mərkəzləri olacaq. Bölgədə xidmət keçəcək şəxsi heyətin sosial ehtiyaclarının təmin olunması da planlaşdırılır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu ilin aprel ayında Şimal qütbündə hərbi bazanın inşası ilə bağlı göstəriş verib. Moskvada hesab edirlər ki, neft-qaz ehtiyatları ilə zəngin bölgə strateji ticarət yollarının yenidən qurulması nəticəsində mühüm tranzit sahələrindən birinə çevriləcək.

Həmin bölgədə dünyanın neft ehtiyatlarının 13 faizi, habelə qaz ehtiyatlarının 30 faizi yerləşir. Şimal qütbünə Rusiyadan başqa ABŞ, Kanada və Danimarka iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR