Bakıda “Türkiyə Azərbaycan Əlillərinin Dostluq Günü” beynəlxalq simpoziumu keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda “Türkiyə Azərbaycan Əlillərinin Dostluq Günü” beynəlxalq simpoziumu keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 noyabr 2014 08:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Türkiyə "Beyazay" Dərnəyinin təşkilatçılığı ilə Bakıda “Türkiyə Azərbaycan Əlillərinin Dostluq Günü” beynəlxalq simpoziumu başlayıb.

APA-nın məlumatına görə, bir gün davam edəcək simpoziumda əlillərin durumu, əlillərin problemlərinin həlli sahəsində təcrübə mübadiləsi və bu sahədə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Simpozium Türkiyə "Beyazay" Dərnəyinin tanıtım filminin nümayişi və İSEM X və Duyğu Musiqi Məktəbinin ifası ilə başlayıb. Tədbirdə Türkiyə Ailə və Sosial Siyasətlər Nazirliyi Əlillər və Yaşlılara Xidmətlər İdarəsinin rəhbəri Avni Özkahya, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun, İstanbul Böyükşəhər Bələdiyyəsi Əlillər Mərkəzinin müdiri Bekir Köksal, TİKA-nın Azərbaycan koordinatoru Mustafa Haşim Polat, Türkiyənin sabiq təhsil naziri Nimet Baş, Türkiyə parlamentinin deputatları, Türkiyə Bəyazay Dərnəyinin baş direktoru Lokman Ayva, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Milli Məclisin deputatları iştirak edirlər.

Simpozium çərçivəsində “Cəmiyyət və əlillərin inteqrasiyası” və “Təhsil ilə maneələrin aşılması” mövzusunda panellər təşkil olunacaq.

Tədbirdə çıxış edən Türkiyə "Beyazay" Dərnəyinin baş direktoru Lokman Ayva bildirib ki, dünən Azərbaycanın dövlət strukturlarında və parlamentdə səmərəli görüşlər keçirib.

“Bəzən iş tapacağını düşündüyünüz bir yerə gedən zaman qapıdan buraxılmadığınız, ata və ananızın sizdən imtina etmək istədiyi anlar olur. Dünyanın hər yerində əlillərlə bağlı belə hallara rast gəlinir. Biz hər kəsin yaxşı duyğularla yaşadığı dunya qurmaq istəyirik. İstər əlil olun, istər əlil olmayın, gözəl duyğularla yaşamağa hər kəsin haqqı var. Mən Azərbaycanda belə gözəl duyğuların şahidi oldum. Şəxsən Azərbaycanda gözəl qarşılanacağımı bildirdim. Görüşlərin nəticəsi olaraq iki ölkə arasında əlillərlə bağlı gözəl layihələr başlanacağı müjdəsini vermək istəyirəm”, - deyə o qeyd edib.

H. Rəcəbli isə musiqiyə qulaq asarkən göz yaşlarını saxlaya bilmədiyini deyib. O bildirib ki, əlillərlə bağlı iki ölkə arasında əməkdaşlığın qurulması çox mühümdür: “İş adamları belə insanlar üçün şərait yaratmalıdırlar ki, onlar da özlərini bizim kimi hiss etsinlər, təhsil alsınlar”.

H. Rəcəbli Azərbaycanda əlillərin problemlərinin həlli, cəmiyyətə inteqrasiyası sahəsində addımlar atıldığını nəzərə çatdırıb: “Bu sahədə əməkdaşlığın iki ölkə üçün faydalı olacağına inanıram. Mən həmişə yanınızda olacağımı bildirirəm”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə bildirib ki, Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri əlillərin, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, tələbatlarının ödənilməsidir. Azərbaycanın bu sahədə beynəlxalq konvensiyalara qoşulduğunu, qanunların qəbul edildiyini diqqətə çatdıran N. Məmmədov əlillərin cəmiyyətə inteqrasiyası, mənzillə təminatı sahəsində mühüm işlər görüldüyünü vurğulayıb: “Türkiyə "Beyazay" Dərnəyi böyük işlər görür. Hesab edirəm ki, Türkiyədə 76 filialı olan Türkiyə "Beyazay" Dərnəyinin 77-ci filialı Azərbaycanda olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu filialın yaradılmasına kömək edəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva isə deyib ki, bu tədbir iki ölkə arasında dostluğun, qardaşlığın nəticəsidir: “Bu tədbirdə ən gözəl mesajı musiqiçilər verdi. İnanıram ki, birgə əməkdaşlıq sahəsində də böyük uğurlar qazanacağıq”.

Çıxıış edənlərə Türkiyə "Beyazay" Dərnəyinin plaketləri təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR