Yevlax-Mingəçevir yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Yevlax-Mingəçevir yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
# 13 noyabr 2014 08:17 (UTC +04:00)

Yevlax. Elvin Yaqubov-APA. Yevlax-Mingəçevir yolunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlaxın Əkşəm kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 1975-ci il təvəllüdlü Əli Məmmədovun idarə etdiyi ”VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn Yevlax rayonunun Xaldan qəsəbə sakini, 1973-cü il təvəllüdlü Elgiz Bəkirovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Gəncə sakini Əli Məmmədov aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Hazırda digər yaralının da vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR