Azərbaycan gömrükçüləri İran vətəndaşından 4 kiloqramdan artıq narkotik maddə aşkar edib

Azərbaycan gömrükçüləri İran vətəndaşından 4 kiloqramdan artıq narkotik maddə aşkar edib
# 09 dekabr 2014 08:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Qoşa Təpə” Gömrük Postu-Biləsuvar avtomobil yolunun təqribən 3 km-də İran vətəndaşı Yazdanı Janyarlu Hamid Samad həmin ərazidə avtomobildən düşərək əvvəlcədən gizlətdiyi içərisində narkotik maddələr olan 1 ədəd sellofan torbanı götürüb və uzaqlaşmaq istəyərkən gömrük əməkdaşları tərəfindən yaxalanıb. Sonra İran vətəndaşının götürdüyü sellofan torbaya baxış keçirilmiş və üzəri yapışqanlı lentlə sarınmış üç ədəd bağlamadan ümumi çəkisi 4 kiloqram 370 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR