Xaçmazda 11 yaşlı uşaq dəm qazından zəhərlənib

Xaçmazda 11 yaşlı uşaq dəm qazından zəhərlənib
# 25 oktyabr 2014 09:58 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri Fətəli Xan Xoyski küçəsində yaşayan 2003-cü il təvəllüdlü Məmmədov Famil Sədrəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

E. Məmmədov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsindən APA-ya verilən məlumata görə, ağır vəziyyətdə xəstəxanaya gətirilən uşağın vəziyyəti həkimlərin müdaxiləsindən sonra stabilləşib, həyatı üçün təhlükə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR