Rafiq Hüseynov müayinə üçün Türkiyəyə gedəcək

Rafiq Hüseynov müayinə üçün Türkiyəyə gedəcək
# 04 dekabr 2014 11:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti, məşhur diktor Rafiq Hüseynov dekabrın 7-də müayinə üçün yenidən Türkiyəyə gedəcək.

R. Hüseynovun APA-ya verdiyi məlumata görə, həkimlərin məsləhəti ilə yenidən müayinədən keçməyə ehtiyac var: “İndi özümü normal hiss edirəm. Xüsusi şikayətim yoxdur. Amma hər halda, müayinədən keçmək lazımdır. Görək də, hər şeyin nəticəsini müayinə və həkimlər deyəcək”.

Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR