Erməni ekspert: Ermənistanın sənayesi Sovet dövründəkindən 5-6 dəfə aşağıdır

Erməni ekspert: Ermənistanın sənayesi Sovet dövründəkindən 5-6 dəfə aşağıdır
# 05 noyabr 2014 17:53 (UTC +04:00)

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistanın Yerli İstehsalçılar Birliyinin sədri Vazgen Safaryan çıxış edib.

O bildirib ki, 2014-cü ilin yanvar-sentyabr dövrünün nəticələrinə görə, iri vergi ödəyicilərinin onluğunda cəmi 3 istehsalçı var: Zəngəzur Mis-Molibden Kombinatı, “Grand Tobaco” və İrəvan Konyak Zavodu: “Bu, ölkədə sənayenin necə zəifləməsəinə çox gözəl nümunədir”.

Ekspert qeyd edib ki, hökumətin 2015-ci ilin büdcə layihəsində ÜDM-də sənayenin payının 17 faiz, kənd təsərrüfatının payının 19 gaiz, xidmət-iaşə sahəsinin payının isə 41 faiz olduğu proqnozlaşdırılıb: “Başqa sözlə, Ermənistan iqtisadiyyatı istehsalata yox, sadəcə istehlaka hesablanıb. Bunu Sovet illərində, 1980-ci illərin sonundakı göstəricilərlə də müqayisə edin. O zaman istehsalatın payı 68 faiz, 9,2 milyard rubl idi. İndi isə sənayenin ümumi həcmi 2 milyard dollardır. Sovet rublunu indiki dollara çevirəndə, 5-6 dəfə eniş olduğunu aydın görə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR